"Qarabağ Azərbaycandır!" şüarı Hyustonun mərkəzində nümayiş etdirilib

12.10.2020

Xaricdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə "Qarabağ Azərbaycandır!" şüarının bütün dünyada təbliğ olunması kampaniyası davam edir.

Çexiyanın Praqa, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York və Boston şəhərlərindən sonra "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı banner Texas ştatının Hyuston şəhərində nümayiş etdirilib.

Hyuston Amerika-Azərbaycan Mədəniyyət Alyansının təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" banneri şəhərin mərkəzində yerləşən avtomagistral yoldakı körpünün üzərindən asılıb. Bannerin bir neçə saat nümayiş etdirilməsi ilə sakinlərin diqqəti Qarabağ məsələsinə cəlb edilib.