Bursa şəhərindəki park general Polad Həşimovun adını daşıyacaq

09.10.2020

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınacaq böyük park iyul ayında işğalçı Ermənistan ordusunun Azərbaycanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatlar zamanı şəhid olmuş generalı Polad Həşimovun adını daşıyacaq.

Bu barədə Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar bələdiyyə toplantısında verdiyi açıqlamada bildirib. O həmçinin, Ermənistan ordusu tərəfindən sentyabrın 27-də Azərbaycana qarşı törədilən hərbi təxribatları qınayıb və Azərbaycana dəstəyini ifadə edib. Diqqətə çatdırıb ki, bu xain təxribatdan sonra azərbaycanlı qardaşlarımız ayağa qalxıb və düşmənə qarşı ciddi mübarizə aparır. Bələdiyyə sədri 30 ildir davam edən erməni işğalının tezliklə bitəcəyinə ümid etdiyini dilə gətirib.

Daha ətraflı bu linkdə:
https://www.bayrakhaber.com/2020/10/08/azeri-general-hesimovun-ismi-bursa-osmangazide-yasayacak