Soydaşlarımız Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubları ünvanlayıb

08.10.2020

"AzərRos" Rusiya Azərbaycanlılarının Federal Milli–Mədəni Muxtariyyəti və Moskvanın Azərbaycan İcması (MAİ) Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə doğum günü müasibətilə təbrik məktubları ünvanlayıblar.

"AzərRos" prezidenti Mehriban Sadıqovanın və MAİ sədri Şamil Tağıyevin imzası ilə ünvanlanmış məktublarda Rusiya Prezidenti doğum günü münasibətilə təbrik edilib. Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi daimi diqqət və obyektiv yanaşmaya görə Prezident Vladimir Putinə təşəkkür ifadə olunub.