İstanbulda Azərbaycan dövlətinə dəstək mitinqi təşkil edilib

06.10.2020

İstanbul şəhərinin Bəyazid Meydanında müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə mitinq keçirilib.

Aksiya İstanbul Universiteti Azərbaycan Kültür və Dayanışma" Cəmiyyəti, Bütöv Azərbaycan Ocaqları (BAO) və "Turan Ocaqları" dərnəklərinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan, Türkiyə və digər türkdilli dövlətlərin bayraqlarının dalğalandığı mitinqdə Qarabağ cəbhəsində irəliləyən Azərbaycan ordusuna dəstək şüarları səsləndirilib. Ermənistan tərəfindən Azərbaycan şəhərlərindəki mülki əhalinin və obyektlərin raket atəşinə tutulması pislənilib, sülhsevər Azərbaycan dövlətinin və xalqının qətiyyətlə işğalçı Ermənistana qarşı mübarizə aparması, bu işdə Türkiyə dövlətinin və xalqının ölkəmizə dəstəyi alqışlanıb.