Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyevdən Vətənə dəstək videosu

01.10.2020

Hazırda Türkiyə millisində çıxış edən, Türk millisinin qızıl medal qazanan ilk atleti, əslən azərbaycanlı Ramil Quliyev Azərbaycanın cəbhə xətti boyunca yerləşən mövqelərinə, mülki obyektlərə və şəxslərə qarşı işğalçı Ermənistan ordusunun növbəti hərbi təxribatına etiraz olaraq video paylaşıb. Videoda deyilir: “Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq. İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik. Bu, haqq mübarizəsidir. Bu yol haqq yoludur. İnanıram ki, yolun sonunda ölkəmiz zəfər qazanacaq”. Daha sonra isə o əlavə edib: “"Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə - Azərbaycan”.

Video:

https://t.me/AzerbaijaniDiaspora