“Qarabağdan danışaq” layihəsi başlayır

18.08.2020

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mülki əhaliyə vurduğu ziyanla bağlı daha müfəssəl məlumatlandırmaq, eləcə də həqiqətləri dünya ictimaiyyətinə birbaşa hadisə şahidlərinin öz sözləri ilə çatdırmaq məqsədilə "Qarabağdan danışaq" adlı yeni layihəyə start verir.

Diaspor TV-də yayımlanacaq layihə çərçivəsində erməni silahlı birləşmələri tərəfindən Dağlıq Qarabağın və ətraf rayonların mülki əhalisinin başına gətirilən müsibətlər lentə alınacaq. Layihənin özəlliyi odur ki, işğal olunmuş rayonlardan olan insanlar baş verənləri danışacaq, onların çıxışları heç bir montaj prosesindən keçmədən, olduğu kimi yayımlanacaq və arxivləşdiriləcək. İngilis dilində qaçan sətirlərlə yayımlanması nəzərdə tutulan videomateriallar həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əhəmiyyətli ola bilər.