Skandinaviya azərbaycanlılarının videokonfransı təşkil olunacaq

19.05.2020

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya, Norveç və İsveç üzrə əlaqələndiricilərinin videotoplantısı keçirilib.

Ülviyyə Cabbarova (Finlandiya), Ramil Əliyev (Norveç) və İradə Əliyevanın (İsveç) qatıldıqları regional toplantıda yeni növ koronavirus pandemiyası dövründə Skandinaviya ölkələrində yaşayan azərbaycanlıların sağlamlıq durumu, onlarla qarşılıqlı əlaqələrin qurulması, postpandemiya dönəminə hazırlıq, gələcək təşkilatlanma və digər məsələlər müzakirə olunub. Eyni zamanda, Koordinasiya Şurasına daxil olan təşkilatların əlaqələrinin daha da intensivləşdirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Sonda Koordinasiya Şurasına daxil olan təşkilatların geniş tərkibli videokonfransının təşkili və 28 May – Respublika Gününün qeyd olunması barədə qərarlar qəbul edilib.