Londonda gənc soydaşımız Xocalı soyqırımına dair məruzə ilə çıxış edib

04.03.2020

Londonun Queen Mary Universitetində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə xarici tələbələr iştirak ediblər.

Auditoriyanın qarşısında gənc soydaşımız – Londonun Hüquq Universitetinin LPC və hüquq üzrə magistr tələbəsi Sabir Məmmədov geniş məruzə ilə cıxış edib. Məruzədə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət, Xocalı soyqırımının siyasi və hüquqi aspektlərindən bəhs edilib. Məruzə zamanı interaktiv üslubdan istifadə edilib. Xocalı çinayətinin dəhşətlərini əks etdirən slaydlar və digər əyani vəsaitlər nümayiş olunub.