Moskvada Xocalıya ədalət tələb olunub

27.02.2020

Fevralın 25-də Moskvadakı Yəhudi muzeyi və tolerantlıq mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbiri Heydər Əliyev Fondu Azərbaycanın Rusiyadakı səfirliyi və AMOR təşkilatı ilə birgə təşkil edib.

Tədbirdə giriş sözü ilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxış edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin blokada şəraitində olan Xocalı şəhərinə hücum etdiyi, bu zaman dinc sakinlərin vəhşicəsinə, xüsusi qəddarlıqla qətlə yetirildiyi, yaralandığı, əsir götürüldüyü barədə ətraflı məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının aparıldığı nəzərə çatdırılıb.

Tədbirdə rusiyalı siyasətçilər Sergey Markov, İqor Korotçenko, professor Tofiq Qəndilov, yazışı Günel Anarqızı çıxış ediblər.

Tədbir Xocalı faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.