Məhəmməd Məcidli Finlandiya çempionatında ikinci yeri tutub

19.02.2020

Finlandiyanın Nummela şəhərində keçirilən cüdo üzrə ölkə cempionatında gənc azərbaycanlı Məhəmməd Məcidli gümüş medal qazanıb.

Orimattila cüdo klubunun üzvü olan gənc soydaşımız 81 kq çəki dərəcəsində keçirilən 3 qarşılaşmada qalib gəlib. Final oyununda üstünlüyü əldən verən cüdoçu ikinci yeri tutaraq, gümüş medala layiq görülüb. Məhəmməd Məcidli 2017-2020 illər ərzində keçirilən yarışlarda iki qızıl, iki gümüş və üç bürünc medal qazanıb.

Qeyd edək ki, azərbaycanlı idmançı 10 yaşından ailəsi ilə birgə Finlandiyanın Helsinki şəhərində yaşayır. Burada orta məktəbi bitirdikdən sonra təhlükəsizlik kollecinə daxil olub və hazırda təhsilini davam etdirir.

Məhəmməd Məcidli vətənpərvər gənclərimizdən biridir. Azərbaycanlı olmağı ilə fəxr edən, tarixi Vətəninin adını daim yüksək tutan gənc soydaşımız Finlandiyadakı "Azərbaycan Gənclər Birliyi" təşkilatının idarə heyətinin üzvüdür.