Komitə sədrinin səfəri ərəb mediasında

07.02.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ərəb ölkələrinə rəsmi səfəri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığında keçirdiyi görüşlər, yerli media ilə yanaşı, ərəb mediasında da geniş işıqlandırılıb. Belə ki, Səudiyyə Ərəbistanının ən böyük xəbər agentliklərindən olan Saudi Press Agency bu barədə xəbər yayımlayıb
(https://www.spa.gov.sa/2031307).

Xəbərdə bildirilir ki, tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, humanitar yardım məsələlərində də gələcək əməkdaşlıqdan söz açıblar.

Qeyd edək ki, Dövlət Komitəsinin nümayəndə heyətinin ilk görüşü “Kral Salman” Humanitar Yardım Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə olub. Görüş Mərkəzin saytında da ətraflı şəkildə işıqlandırılıb (https://www.ksrelief.org/Pages/NewsDetails/b2a52af6-1641-45bf-b243-513bb9519906) .