Komitə sədrinin Gürcüstana ilk rəsmi səfəri

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə  heyətinin iyunun 12-də  Gürcüstana rəsmi səfəri başlayır. Səfər çərçivəsində Komitə sədrinin Gürcüstan rəsmiləri və bu ölkədə yaşayan azərbaycanlılarla görüşləri planlaşdırlıb. Səfər iyunun 17-nə qədər davam edəcək.