EN
RU

Diaspor Gənclərinin I Yay düşərgəsinin iştirakçıları Şəkinin tarixi abidələrini ziyarət ediblər

Avqustun 25-də Cümhuriyyətin 100 iliyinə həsr olunan Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları Şəki şəhərinin görməli yerlərini, tarixi-mədəni abidələrini ziyarət ediblər. 37 ölkədən düşərgəyə qatılan azərbaycanlı gənclər Şəki Xan Sarayı, Karvansaray və digər məşhur yerlərə gedib, həmin tarixi abidə və məkanlar haqqında geniş məlumat əldə ediblər. Şəki şəhərinin tarixi, mədəni müxtəlifliyi düşərgə iştirakçılarının böyük marağında səbəb olub.
Xatırladaq ki, düşərgə avqustun 28-nə qədər müxtəlif ictimai, mədəni, əyləncəli proqramlarla davam edəcək.