Sankt-Peterburqda zəka yarışı

Sankt-Peterburq Azərbaycan Milli-Mədəni Muxtariyyəti nəzdində Azərbaycan Gəncləri İttifaqı növbəti dəfə "Nə? Harada? Nə vaxt?" intellektual oyununu keçirib.
Yarışda 12 komanda iştirak edib. Onların üzvlərinin ümumi sayı 50 nəfərdən çox olub. Suallar ümumi mövzuları əhatə edib və ümumi erudisiyaya hesablanıb. Qaliblərə xatirə kubokları, medallar və Azərbaycan istehsalı olan məhsullar təqdim olunub.
Qeyd edək ki, yarışı şəhərin müxtəlif milli-mədəni birliklərinin nümayəndələri qonaq qismində izləyiblər.