Özbəkistanda Xocalı faciəsinin 27-ci ildönümü qeyd edilib

Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Xocalı faciəsinin 27-ci ildönümünü qeyd edib. Tədbirdə RAMMM-ın sədri Firdovsi Hüseynov Xocalı faciəsinin yaranma səbəbləri və nəticələri haqqında danışıb. Sonra qurumun üzvləri adından Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib. Həmin bəyanatın BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, habelə UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə və digər beynəlxalq təşkilatlara göndərilməsi qərara alınıb.
Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi qətliam haqqında ətraflı danışıb, şəhidlərin ruhunu ehtiramla yad ediblər.