E-mail:

info@diaspor.gov.az

EN
RU

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Odessada da yad edilib

Ukraynanın Odessa şəhərində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Odessada yaşayan soydaşlarımızın, diaspor üzvlərinin və Ukrayna ictimaiyyətinin fəallarının iştirakı ilə keçirilən tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti üzrə sədr müavini Namiq Talıbov, fəal soydaşımız Cəlil Astanova, Odessa şəhər kitabxanalarının müdirləri Natalya Klikova, Sofiya Şveç və digərləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun silahsız vətəndaşlara qarşı amansız vəhşiliklərindən danışıblar.
Qeyd edilib ki, həmin gecə Sovet ordusu, erməni quldur dəstələri ilə birgə, Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini ümummilli lider Heydər Əliyev bildirib. O, faciədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib.