Fransanın Lion şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə təntənəli tədbir təşkil edilib. Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Lion şəhərinin 6-cı rayonunun meriyasında keçirilən tədbirdə, həm də Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəsmi təqdimatı olub.
Türkiyənin Lion şəhərindəki Baş Konsulu, Montenegro və Daniyanın fəxri konsulları, Lion şəhər sakinləri, fransız ictimai-siyasi xadimlər, Lion şəhər meriyasının, Azərbaycan səfirliyinin əməkdaşlarının, soydaşlarımızın iştirak etdiyi tədbirdə Dövlət Bayrağı, Azərbaycan Xalq Cümhuriyyəti və s. məsələlərlə bağlı çıxışlar edilib.
Tədbirdə çıxış edən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova tədbir iştirakçılarını salamlayaraq, Dövlət Bayrağı günü münasibətilə təbrik edib. Daha sonra assosiasiyanın 2018-ci ilin may ayında yaradıldığını bildirərək, görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, Assosiasiyanın əsas məqsədi Fransanın regional idarəetmə orqanları ilə birlikdə müştərək layihələr həyata keçirməklə ölkəmizi daha yaxından tanıtmaqdır.
Tədbir caz-muğam konsertindən ibarət bədii proqramla davam edib.