EN
RU

Budapeştdə idmançılarımıza böyük azarkeş dəstəyi

Macarıstanın paytaxtı Budapeşt şəhərinin Papp Laszlo İdman Arenasında Dünya Güləş Çempionatı keçirilib. Güləşçilərimiz çempionatda yunan-roma, sərbəst və qadınların güləş növlərində müxtəlif yarışlara qoşulublar.
Macarıstanda yaşayan həmyerlilərimiz idmançılarımızı yalnız qoymayıblar. Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin dəstəyi ilə diaspor fəalları və tələbələr müxtəlif günlərdə yarışları yerində izləyərək güləşçilərimizə mənəvi dəstək olublar. Arenada himnimiz səslənərkən bu sevinci idmançılarımızla birgə yaşıyıblar
Qeyd edək ki, güləş üzrə yığmamız çempionatı medal sıralamasında 5-ci yerdə tamamlayıb.