“Azərbaycan Diaspor Könüllüləri”nin növbəti qrupu proqramı uğurla başa vurub

16 Dekabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan Diaspor Könüllüləri” Proqramının növbəti buraxılış qrupu ilə görüş keçirilib.
Görüşdə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, Komtənin Konüllülərlə iş üzrə koordinatoru Bəxtiyar Rəhimov, Komitə əməkdaşları, könüllülər və “Azərbaycan Diaspor Könüllüləri” Proqramının ilk məzunları iştirak edib.
D.Rəcəbli Komitə sədrinin adından iştirakçıları salamlayaraq, könüllülük işinin perspektiv üçün bir baza olduğunu bildirib. Komitə səlahiyyətlisi proqramı uğurla başa vuran könüllüləri təbrik edib. Daha sonra çıxış edənlər könüllülərin struktur bölmələrin işində aktiv iştirak etdiklərini bildirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
Könüllülərlə iş üzrə koordinator B.Rəhimov isə çıxışında könüllülərə əlverişli şərait yaradıldığı üçün rəhbərliyə və kollektivə minnətdarlığını bildirib, proqram çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən könüllülər proqramda iştirakdan məmnun qaldıqlarını qeyd edərək, təlimlər zamanı əldə etdikləri informasiyalara görə, struktur bölmələrdə yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda proqramı başa vuran könüllülərə sertifikatlar təqdim edilib.