Azərbaycan diasporuna ağır itki üz verib

18.08.2022

ABŞ-ın Los-Anceles şəhərində yaşayan estrada müğənnisi və aktrisa Firəngiz Rəhimbəyli ömrünün 62-ci ilində vəfat edib.

1993-cü ildən qızı ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərində yaşayan Firəngiz Rəhimbəyli sənətini həmin ölkədə davam etdiridi. 1999-cu ildə amerikalı memar Raymond Antoni ilə ikinci dəfə ailə həyatı qurmuşdu. Ölümündən bir neçə gün öncə 62 yaşını qeyd etmişdi.

O, 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində dünyaya gəlib. Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının populyar ifaçılarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla çalışıb və bir sıra filmlərdə çəkilib. Rəhimbəyovaya ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Sevda obrazı gətirib. 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü-2" filmində yenidən Seda roluna çəkilib.

Diasporla iş üzrə Dövlət Komitəsi müğənninin vəfatından kədərləndiyini bildirir və onun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!