.

İsrail ictimaiyyəti Londonda Azərbaycan səfirliyinə hücuma kəskin etiraz edib

11.08.2022

Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu İsrail ictimaiyyətində hiddət doğurub.  

Bu barədə Dona Grasia Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraamın imzası ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda məlumat verilib.

Məktubda deyilir:

“Hörmətli cənab sədr,

Diqqətinizə çatdırmaq istərdim ki, İsrail Dövlətində yerləşən və dünyanın hər yerində üzvləri olan Dona Qarsia Diplomatiya Mərkəzi radikal ekstremist qruplar tərəfindən Azərbaycan Respublikasının Londondakı səfirliyinə qarşı törədilən zorakılığı və qəbuledilməz hücumu qətiyyətlə pisləyir.

Buna görə də mərkəz hücumu pisləyən məktubu İsrail, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Avstriya parlamentlərinə, Avropa Parlamentinə, bu ölkələrin Xarici İşlər Nazirliklərinə, eləcə də Azərbaycanın Londondakı səfirliyinə göndərib”.