.

Pənahəli xanın İspaniyada yaşayan varisi Şuşada onun sarayını ziyarət edib

11.08.2022

2-8 avqust 2022-ci il tarixlərində Şuşa şəhərində keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində Qarabağ xanlığının banisi Pənahəli xanın varislərindən olan və hazırda İspaniyada yaşayan Məhəmmədəli Əkbərov da iştirak edib.

Azərbaycanın mədəniyyət paytaxtında olduğu bir həftə müddətində M.Əkbərov ulu babasının viran qalmış sarayında da olub.

O, Pənah xanın sarayı qarşısında Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib. Müsahibəni aşağıdakı link vasitəsilə izləmək mümkündür:

https://www.youtube.com/watch?v=5x3ZJ9UocPo