Bursada Azərbaycan və Türkiyənin gənc müəllimlərinin Yay Düşərgəsi təşkil edilib
Türkiyənin Bursa şəhərində “Azərbaycan-Türkiyə müəllimlərinin Yay Düşərgəsi" layihəsi həyata keçirilib.
Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı, Bursa şəhər Milli Təhsil İdarəsi, Bursa Böyükşəhər Bələdiyyəsi və Birlik Vəqfinin Bursa şöbəsinin dəstəyi ilə gerçəkləşdirilən layihədə iştirak etmək üçün Azərbaycandan 30, Türkiyədən isə 15 gənc müəllim seçilib.
23-30 iyul 2022-ci il tarixində reallaşdırılan layihə iki qardaş ölkənin müəllimlərinin tanışlığı, şəbəkələşməsi və təcrübə mübadiləsi məqsədi daşıyır.
Yay Düşərgəsinin yekununda müəllimlərə sertifikatlar və təşəkkürnamələr təqdim edilib. Layihə çərçivəsində Bursa və İstanbula ekskursiyalar təşkil edilib.