.

Azərbaycanlı gənc balerina Estoniyada ölkəmizi təmsil edib

09.08.2022

Estoniyanın Tallin və Pyarnu şəhərlərində gənc balet ifaçılarının qala-konsertləri keçirilib.

Tallin Balet Məktəbinin təşkilatçılığı ilə keçirilən 3 həftəlik Yay Balet İntensivinin yekun mərhələsini təşkil edən konsertlərdə 13 ölkənin (Estoniya, Azərbaycan, Türkiyə, Finlandiya,Yaponiya, Kipr, Latviya, Fransa, Norveç və sair) 70-ə yaxın nümayəndəsi iştirak edib.

Konsertdə”Don Kixot”,”Paxita”, “Boyaderka” baletlərindən nömrələr və müasir rəqs nümunələri təqdim edilib.

Ölkəmizi Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tam orta məktəbinin məzunu, respublika və beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanova təmsil edib. Həmyerlimiz bir neçə obrazı uğurla ifa edib.

Qeyd edək ki, gənc Şirin mütəmadi olaraq pianoçu və balerina kimi yerli və beynəlxalq müsabiqələrdə iştirak edir.