III Yay Düşərgəsində diaspor gənclərinə layihələrin yazılması qaydalarından bəhs edilib
Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində “Layihələrin yazılması və “Fundraising” prosesinin təşkili” mövzusunda panel iclası keçirilib.
Avropa Şurasının Gənclər departamentinin Təlimçilər Şəbəkəsinin baş təlimçisi Pərvanə Məmmədovanın moderatorluğu ilə aparılan panel iclasında Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktorunun müavini Şahin Camalov və Şimali Karolina ştatının Roli şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal çıxış ediblər.
Məruzəçilər ADDF-in yaradılmasının məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, diaspor təşkilatlarına dəstək nəticəsində həyata keçirilən maraqlı layihələr, “Fundraising” prosesinin təşkili, donor fondlarla əlaqələrin qurulması barədə ətraflı məlumat veriblər.
Sonra mövzu ilə əlaqədar düşərgə iştirakçılarının sualları cavablandırılıb.