Diaspor Gənclərinin III Yay Düşərgəsində Azərbaycanın müstəqillik tarixinə dair maraqlı müzakirələr olub
Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin növbəti günü də yaddaqalan hadisələrlə zəngin olub.
Proqram çərçivəsində “Azərbaycanın müstəqillik tarixi” mövzusunda panel işlası təşkil edlib. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Yəhya Babanlının moderatorluğu ilə aparılan panel iclasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Tohidi və Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı çıxış ediblər.
Məruzəçilər Azərbaycan dövlətinin müstəqillik tarixindən, Xalq Cümhuriyyəti dövründən, xalqımızın milli azadlıq mücadiləsinin dövlət müstəqilliyinin bərpa olunması ilə nəticələnməsindən və ölkəmizi parlaq Zəfərə aparan yoldan danışıblar.
Elm və mədəniyyət xadimləri gəncləri maraqlandıran sualları cavablandırıblar.