.

Yunanıstan mediasında Naxçıvandakı Duzdağın sağlamlıq turizmindəki rolundan bəhs edilib

28.07.2022

Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında “Duzdağ-Naxçıvan: sağlamlıq turizmi üşün nadir istiqamət” sərlövhəli məqalə yerləşdirilib.

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycan təbii ehtiyatların səxavətlə bəxş edildiyi ölkələrdən biridir və insanlar sağlamlıqlarını yaxşılaşdırmaq üçün tez-tez buraya gəlirlər.

“Kurort zonalarının infrastrukturu sürətlə inkişaf edir, hər zövqə və zənginliyə uyğun çoxlu mehmanxana və pansionatlar tikilir. Ölkədə kimyəvi tərkibindən asılı olaraq bir sıra xəstəliklərin müalicəsində istifadə olunan çoxlu sayda isti mineral bulaqlar – "istisu" var. Məsələn, Qalaaltıdakı mineral bulaq böyrək xəstəliklərinin müalicəsi üçün lazımdır, Masallının şəfalı suları isə bir dəstə dərdi sağalda bilir. Azərbaycanda digər müalicəvi amil təbii duzdur. Xüsusilə Naxçıvanda müasir klinikanın fəaliyyət göstərdiyi Duzdağ məşhurdur”, - deyə müəllif vurğulayıb.

Qeyd edilib ki, Naxçıvanın rəmzlərindən biri olan və təbii duz ehtiyatları 90 milyon ton təşkil edən Duzdağın müalicəvi xüsusiyyətləri də var.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/qala-ntousntagk-nachtsivan-enas-monadikos-proorismos-gia-tourismo-ygeias/