.

Estoniya mediası “Azərbaycan naxışları” sərgisinin açılışından bəhs edib

25.07.2022

Estoniyanın https://baltija.eu xəbər portalında “Azərbaycanlı rəssam Rövşən Nurun Tallində sərgisi açılıb” sərlövhəli məlumat yerləşdirilib.

Xəbərdə bildirilib ki, “Azərbaycan naxışları” mövzusuna həsr olunmuş sərginin açılış mərasimi diplomatik korpusun nümayəndələrini və rəssamın çoxlu sayda pərəştişkarlarını bir araya gətirib: “Açılışda Azərbaycan rəqs qrupları çıxış edib, Rövşən skripkanın sədaları altında musiqiçinin portretini çəkib. Rövşən iki həftə ərzində hər gün ustad dərsləri keçəcək, yaradıcılığından bəhs edən ekskursiyalar keçirəcək”.

Xəbəri aşağıdakı linkdən oxumaq mümkündür:

https://baltija.eu/2022/07/22/v-talline-otkrylas-vystavka-azerbajdzhanskogo-hudozhnika-rovshan-nur/