.

Fransa mətbuatı azərbaycanlı pianoçunun ölkənin ən ali mükafatına layiq görülməsindən bəhs edib

18.07.2022

Fransanın https://www.ledauphine.com xəbər portalında “Pianoçu Adilə Əliyeva “Fəxri Legion” ordeni kavaleridir” sərlövhəli məqalə yayımlayıb.

Məqalədə bildirilib ki, tanınmış sənətçi 1996-cı ildən mövcud olan beynəlxalq musiqi müsabiqəsinin rəhbəridir. “Respublika Prezidentinin 13 iyul 2022-ci il tarixli Fərmanına əsasən, Annemas şəhərində yaşayan Adilə Əliyeva kavaler rütbəsi və “Fəxri Legion” ordeni ilə təltif edilib”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.ledauphine.com/societe/2022/07/16/la-pianiste-adilia-alieva-chevalier-de-la-legion-d-honneur