.

Rusiyanın Primorsk diyarının qubernatoru Dövlət Komitəsini təbrik edib

14.07.2022

Rusiya Federasiyasının Primorsk diyarının qubernatoru Oleq Kojemyako Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Qubernatorun adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan teleqramda bildirilib ki, hazırda beynəlxalq münasibətlərdə diaspor təşkilatlarının rolu artıb: “Bunun sayəsində ölkəmizin ərazisindəki xalqlar arasında dostluq dialoqu inkişaf edir, azərbaycanlıların iqtisadi, sosial və mədəni həyatda iştirakı genişlənir, bütövlükdə həmvətənlərinizin birliyi möhkəmlənir”.

Qubernator diasporumuzun fəaliyyətini yüksək qiymətləndirib: “Çoxsaylı və fəal Azərbaycan diasporunun nümayəndələri diyardakı millətlərarası harmoniyanın möhkəmləndirilməsinə böyük töhfələr verirlər. Onlar təkçə Primorskdakı azərbaycanlıların milli ənənələrə və doğma dilə maraqlarını müdafiə etmirlər, həm də ictimai əhəmiyyətli tədbirlərdə hər zaman iştirak edirlər.

Hörmətli Fuad Rauf oğlu! Komitənin yaradılmasının 20 illiyi kimi əlamətdar hadisə münasibətilə təbrikimi qəbul edin. Sizə və həmkarlarınıza firavanlıq, xoşbəxtlik, səmərəli fəaliyyətinizdə və ümumi işimizdə uğurlar arzulayıram”.