.

“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası üzvləri Dövlət Komitəsini təbrik ediblər

14.07.2022

Rusiya Federasiyasında fəaliyyət göstərən “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası üzvləri Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Məşvərət Şurasının adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qurumun fəaliyyəti yüksək qiymətləndirilib:

“Komitə yarandığı gündən Azərbaycan diasporunun dəstəklənməsi istiqamətində fəal iş aparır, xaricdəki azərbaycanlılarla əlaqələri genişləndirir və millətlərarası dialoqun möhkəmlənməsinə böyük töhfə verir. Əminik ki, bütün soydaşlarımız həmişə öz tarixi vətənlərinə sadiq qalacaq, ona minnətdarlıq və dərin vətənpərvərlik hissləri ilə yanaşacaqlar.

Hörmətli Fuad Rauf oğlu! Məşvərət Şurası adından biz Komitənin bütün əməkdaşlarına əldə olunmuş uğurlara, yüksək peşəkarlığa, vicdanlı, bəzən isə fədakar əməyə görə təşəkkür etmək istəyirik. Sizi, komandanızı və dünya azərbaycanlılarını Komitənin 20 illik yubileyi münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.