Sverdlovsk vilayətinin hökuməti Dövlət Komitəsini təbrik edib
Rusiya Federasiyası Sverdlovsk vilayətinin hökuməti Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Sverdlovsk vilayətinin mədəniyyət naziri Svetlana Uçaykinanın adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda qurumun fəaliyyəti yüksək qiymətləndirilib:
“Rəhbərlik etdiyiniz Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi həmvətənlərinizin milli adət-ənənələrə, mənəvi dəyərlərə, ana dili və mədəniyyətə cəlb olunması, yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsi üçün lazımi şəraiti yaradır. Əminəm ki, Siz bundan sonra da bizim regionda Azərbaycan diasporunun uğurlu inkişafına, sülh və harmoniyanın möhkəmləndirilməsinə müstəsna töhfələr bəxş edəcəksiniz.
Hörmətli Fuad Rauf oğlu! Sizi, komandanızı və Azərbaycan diasporunu 20 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, uğurlar və rifah arzulayıram”.