.

“ADDF-nin icraçı direktoru Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini ilə görüşüb

08.07.2022

Ankarada səfərdə olan Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Rıdvan Duran ilə görüşüb.

Görüşdə nazirliyin və fondun fəaliyyət istiqamətləri, müxtəlif proqram və layihələr barədə ətraflı məlumat verilib, əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Türkiyədə yaşayan soydaşlarımızın nazirlik tərəfindən hüquqi maarifləndirilmə istiqamətində keçirilən layihələrdə yer alması, həmvətənlərimizin bu kimi mövzularla bağlı məlumatlarının artırılmasına dövlət qurumlarının dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən ilk dəfə cari ilin 9 mart tarixində Ankarada keçirilən "Zərif güclülər" layihəsinin İstanbulda keçiriləcək növbəti mərhələsində sözügedən nazirliyin müvafiq qurumları ilə birgə əməkdaşlığa dair razılıq əldə edilib.