.

Samir Novruzov: “Diaspor işlərində keyfiyyət əmsalının yüksəlməsi çox təqdirəlayiqdir”

08.07.2022

ABŞ-da fəaliyyət göstərən “ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzi”nin (USACI) üzvləri Diasporla İş üzrə Dövlət Komitəsini yaranmasının 20 illiyi münasibətilə təbrik ediblər.

“ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzi”nin rəhbəri, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Samir Novruzovun adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda qurumun fəaliyyəti yüksək qiymətləndirilib:

“Komitəyə rəhbərlik etdiyiniz dövrdən diaspor işlərində keyfiyyət əmsalının yüksəlməsi, diaspor təşkilatlarının sayının artması, kreativ layihələrin həyata keçirilməsi, gənc nəslin və yüksək potensiallı könüllülərin bu fəaliyyətə qoşulması çox təqdirəlayiqdir.

Hörmətli Fuad müəllim! Təşkilatımız adından Sizi və peşəkar kollektivinizi 20 illik yubiley münasibətilə təbrik edir və fəaliyətinizdə yeni nailliyyətlər arzulayırıq”.