.

Əsmər Hüseynova: “Dünya azərbaycanlıları Komitəmizin səmərəli fəaliyyətinin töhfələrini görür”

08.07.2022

ABŞ-ın Yuta ştatında fəaliyyət göstərən Azərbaycan icması Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Yuta–Azərbaycan Dostluq Təşkilatının sədri Əsmər Hüseynovanın təbrik məktubunda bildirilib ki, dünya azərbaycanlıları Komitənin məsuliyyətli və peşəkar fəaliyyətini yüksək qiymətləndirirlər. “Əminliklə deyə bilərik ki, bütün soydaşlarımız Komitəmizin səmərəli fəaliyyətinin töhfələrini görür. Başda hörmətli sədr Fuad Muradov olmaqla Komitənin bütün əməkdaşlarını 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, Azərbaycan naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.