.

Rövşən Nur: “Komitə həmvətənlərimizi birləşdirən həmrəylik mərkəzidir”

08.07.2022

Estoniyada fəaliyyət göstərən Azərbaycan Yaradıcılıq Mərkəzinin sədri, tanınmış rəssam Rövşən (Nur) Quliyev Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Rəssamın təbrik məktubunda bildirilib ki, Komitə güclənən müstəqil Azərbaycan dövlətinin bir budağı, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizi birləşdirən həmrəylik mərkəzidir: “20 il ərzində Azərbaycan dövlətinin diaspor siyasətini həyata keçirən qurum soydaşlarımızın mütəşəkkil şəkildə təşkilatlanması istiqamətində mühüm işlər görüb, haqq səsimizi dünya ictimaiyyətinə çatdıran həmvətənlərimizin birliyinə nail olmağa çalışıb. Cənab Prezident İlham Əliyevin təbirincə desək, “Biz birlikdə güclüyük!”

Dəyərli Komitə əməkdaşları! Başda hörmətli sədr Fuad Muradov olmaqla, hər birinizi yubiley münasibətilə ürəkdən təbrik edir, cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram”.