.

Vüsal Qarayev: “Son illər Komitənin fəaliyyətində mühüm uğurlar əldə olunub”

07.07.2022

Belarusda fəaliyyət göstərən “Destek.BY” mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Layihənin rəhbəri Vüsal Qarayevin adından Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanlanan məktıbda bildirilib ki, qurumun fəaliyyəti dünya azərbaycanlılarının maraqlarına xidmət edir.

“Son illər Komitənin fəaliyyətində mühüm uğurlar əldə olunub. Komitə ilə “Destek.BY” mərkəzi arasında qarşılıqlı faydalı əlaqələrin fəal şəkildə inkişaf etdiyini yüksək qiymətləndirirəm. Əminəm ki, bu inkişaf və qarşılıqlı dəstək xalqımızın firavanlığı işinə xidmət edəcək, strukturlarımız arasında işgüzar əlaqələr gələcəkdə daha da genişlənəcək. Komitənin yaradılması günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!” – deyə o qeyd edib.