.

Adilə Əliyeva: “Komitə xaricdəki çoxsaylı Azərbaycan diasporuna ləyaqətlə liderlik edir”

07.07.2022

Fransada yaşayan Azərbaycan əsilli pianoçu, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyeva 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu təbrik edib.

Tanınmış soydaşımızın təbrik məktubunda Komitə sədrinin fəaliyyətinə yüksək qiymət verilib.

“Əziz və hörmətli Fuad Rauf oğlu!

Ali dövlət mükafatına layiq görülməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz xaricdəki çoxsaylı Azərbaycan diasporuna ləyaqətlə liderlik edirsiniz. Beynəlxalq nüfuzunuz, strateji yol tapmaq istəyi, bacarığı, ən çətin siyasi vəziyyətlərdən çıxış yolu, ölkənin rifahı və Vətəndən uzaqda yaşayan soydaşlarımız naminə qayğı, Azərbaycandan olan konkret insanlara, o cümlədən Adilə Əliyeva adına beynəlxalq musiqi müsabiqəsində iştirak edən gənc musiqiçilərə həssas nəzakətli yanaşma və yardım, nəciblik, erudisiya, aydın həyat mövqeyi kimi parlaq şəxsi keyfiyyətləriniz böyük ölkəmizin ləyaqətli oğluna görə sevinc və qürur hissi doğurur.

Əziz Fuad müəllim, sizə dərin təşəkkürümüzü bildirir və təbriklərimizi qəbul etməyinizi rica edirik”.