.

Sankt-Peterburq Millətlərarası Münasibətlər və Miqrasiya Siyasətinin Həyata Keçirilməsi üzrə Komitə: “Bizi Azərbaycanla görünməz tellər bağlayır”

07.07.2022

Rusiyanın Sankt-Peterburq şəhərində Millətlərarası Münasibətlər və Miqrasiya Siyasətinin Həyata Keçirilməsi üzrə Komitənin kollektivi Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Komitənin sədri Oleq Kapitanovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda Azərbaycan diasporunun fəaliyyəti təqdir olunub:

“Sankt-Peterburqu Azərbaycanla çoxlu görünməz tellər bağlayır. Bizi babalarımızın və atalarımızın ümumi qələbələri, hazırda səmərəli qarşılıqlı faydalı əməkdaşlıq və gələcəkdə birgə layihələrin parlaq perspektivləri birləşdirir. Sankt-Peterburq azərbaycanlıları ənənəvi olaraq Neva üzərində şəhərin mədəni, iqtisadi və ictimai həyatına böyük töhfələr verirlər. Azərbaycanlıların milli-mədəni birlikləri millətlərarası sülhün və razılığın möhkəmləndirilməsində Sankt-Peterburq dövlət hakimiyyətinin icra orqanlarının etibarlı tərəfdaşıdır.

Hörmətli Fuad Rauf oğlu! Komitənin yaradılmasının 20 illik yubileyi münasibətilə Sizi təbrik edir, dövlətlərimizin vətəndaşlarının rifahı naminə asan olmayan işinizdə uğurlar arzulayıram”.