.

“Medlayn-servis” şirkətlər qrupu Dövlət Komitəsinə minnətdarlığını bildirib

07.07.2022

Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən “Medlayn-servis” şirkətlər qrupu Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Şirkətlər qrupunun baş direktoru Namiq Abdullayevin adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu qurumun fəaliyyəti yüksək qiymətləndirilib: “Başqa ölkələrdə yaşayan azərbaycanlılara dəstək verdiyiniz, dünyadakı etnik azərbaycanlılarla əlaqələri yaxşılaşdırdığınız, milli kimliyi qoruduğunuz üçün Komitə sədri kimi Sizə minnətdarlığımı bildirmək istəyirəm”.

Soydaşımız qeyd edib ki, 1995-ci ildən Moskvada yaşayır və xalqımıza dəstək göstərmək istiqamətində “Moskvanın Azərbaycan icması” regional ictimai təşkilatı ilə sıx əməkdaşlıq edir: “Xidmətlərim Azərbaycan hökuməti, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif mükafatlarla qiymətləndirilib. Hörmətli Fuad Rauf oğlu! Sizə səmimi minnətdarlığımı və sıx əməkdaşlığa hazır olduğumu bildirirəm!”