.

Rezo Həsənov: “Komitənin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və dəstəyi çox yüksək qiymətləndiririk”

07.07.2022

Gürcüstanda fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin kollektivi Diasporla İş üzrə Dözlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Mərkəzin direktoru Rezo Həsənovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Komitənin Prezident İlham Əliyevin yürütdüyü diaspor siyasətini dəqiqliklə icra etməsi təqdirəlayiqdir:

“Sizin rəhbərliyə gəlişinizdən sonra Komitə diaspor təşkilatlarına xüsusi diqqət yetirir və dəstək göstərir. Bu yanaşma bizim üçün çox vacibdir və qürurvericidir. Gürcüstanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına və icma mərkəzlərinə göstərdiyiniz diqqəti, qayğını və dəstəyi çox yüksək qiymətləndiririk. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da genişlənəcək.

Hörmətli Fuad müəllim! Sizi və Komitənin əməkdaşlarını yubileyiniz münasibətilə ürəkdən təbrik edir, gələcək faliyyətinizdə uğurlar arzulayıram”.