Britaniya Azərbaycanlıları Assosiasiyası təltif olunan Komitə əməkdaşlarını təbrik edib

07.07.2022

Britaniya Azərbaycanlıları Assosiasiyası diaspor sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə təltif olunmaları münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarını təbrik edib.

Assosiasiyanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladıqları məktubda bildirilib:

“Hörmətli Fuad müəllim!

Sizi və Komitə əməkdaşlarını cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Sizə və həmkarlarınıza gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”.