Azərbaycanın Gürcüstandakı səfirliyi Dövlət Komitəsini təbrik edib

07.07.2022

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Səfirin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib:

“Hörmətli Fuad müəllim!

Sizi və rəhbərlik etdiyiniz kollektivi 5 iyul – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun ömür və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən və dünya dövlətləri arasında şərəfli yer tutan müstəqil Azərbaycanımızın möhkəmlənməsi və xalqımızın firavan gələcəyi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.