Orenburq vilayətindəki soydaşlarımız Dövlət Komitəsini təbrik ediblər

07.07.2022

Rusiya Federasiyasının Orenburq vilayətində fəaliyyət göstərən Azərbaycan mədəniyyətinin inkişafı üzrə “Orenburq Azərbaycan diasporu” regional ictimai təşkilatı Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edb.

“Orenburq Azərbaycan diasporu”nun rəhbəri İlkin Kərimov və müavini Rövşən Səfərovun adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda dünya azərbaycanlıları arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi istiqamətində atılan addımlar yüksək qiymətləndirilib: “Sizin əməyiniz və millətlərarası işlərin aparılmasında təcrübəniz sayəsində Azərbaycan və rus xalqları arasında dostluq ildən-ilə daha da möhkəmlənir. Rusiya Federasiyasında yaşayan azərbaycanlılar adət-ənənələrimizə hörmətlə yanaşır və nəsildən-nəslə ötürməyə çalışırlar. Biz həmişə Sizin dəstəyinizi hiss edir və Vətənimizin uğurları ilə qürur duyuruq.

Hörmətli Fuad Rauf oğlu! Bu bayram günündə təbriklərimizi və Vətənimizin çiçəklənməsinə töhfələr verəcək fəaliyyətinizlə bağlı xoş arzularımızı qəbul etməyinizi rica edirik”.