Ələddin Qaradağlı: “Soydaşlarımızın Azərbaycançılıq idealogiyası ətrafında birləşməsi Komitənin ən böyük uğurudur”

07.07.2022

“Gürcüstan Maarif Təşkilatı”nın üzvləri Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Təşkilatın rəhbəri və “Maarif” qəzetinin baş redaktoru Ələddin Qaradağlının adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda bildirilib ki, Azərbaycanın dövlət qurumunun son illərdə gördüyü işlər çox təqdirəlayiqdir: “Danılmaz faktdır ki, məhz sizin rəhbərliyiniz sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycançılıq idealogiyası ətrafında birləşməyə nail oldular. Bu hadisəni komitənin ən böyük uğuru hesab etmək olar – parçalanan, yadlaşan, küskün insanları bir araya gətirmək, bir amal uğrunda birləşdirmək sizin qismətinizdə imiş. Bunu ancaq yüksək erudisiyaya malik, dünyagörüşlü şəxs bacara bilərdi.

Hörmətli cənab sədr! Sizi, Komitənin əməkdaşlarını və Azərbaycançılıq məfkurəsini yüksək tutan insanları 20 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli işinizdə bol uğurlar diləyirəm”.