“Birlikdə Güclüyük Fondu” Dövlət Komitəsini təbrik edib
Niderland Krallığının Utrext şəhərində fəaliyyət göstərən “Birlikdə Güclüyük Fondu”nün üzvləri Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
“Birlikdə Güclüyük Fondu”nun təsisçisi, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi İlkanə Yusifova-van den Berqin adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda dövlət qurumunun dünya azərbaycanlıları və ölkəmizə dost millətlərlə birgə fəaliyyəti təqdir olunub: “Azərbaycan həqiqətlərinin təbligində, milli-mənəvi dəyərlərimizin dünyaya yayılmasında öz fəaliyyətimizlə Komitənin yanında olmuşuq. Möhtərəm cənab Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayinda qeyd etdiyi tövsiyələri əsas tutaraq, bu yolla irəliləməyə davam edəcəyik. Əminik ki, Komitə daha rəngarəng və yaradıcı layihələrə imza atacaq.
Hörmətli sədr! “Birlikdə Gücluyuk Fondu” adindan Sizi və Komitənin əməkdaşlarını yubiley münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə, o cümlədən dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın mütəşəkkil şəkildə təşkilatlanması istiqamətində gördüyünüz hər bir işinizdə müvəffəqiyyətlər arzulayırıq”.