Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin üzvləri Dövlət Komitəsinə təbrik ünvanlayıblar
Niderland Krallığında fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin üzvləri Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Dərnəyin rəhbəri İlhan Aşkının və Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Həqiqət Hacıyevanın adından Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanlanan məktubda qurumun fəaliyyətinə yüksək qiymət verilib: “Siz Azərbaycanın hüdudlarından kənarda yaşayan dünya azərbaycanlılarının daim yanında olmuş, hər hansı bir işdə qarşıya çıxan maneələr zamanı Komitənin dəstək və yardımlarını əsirgəməyərək, soydaşlarımızın və diaspor təşkilarlarının hörmət və rəğbətini qazanmısınız. Məhz bu fəaliyyətin bariz nəticəsidir ki, ölkəmizdən kənarda yaşayan bütün dünya azərbaycanlılarını birləşdirərək, Azərbaycanın müstəqilliyi, zəfəri naminə bir araya gətirdiniz.
Hörmətli sədr! Sizi və Komitənin bütün əməkdaşlarını 20 illik yubiley münasibətilə ürəkdən təbrik edir, gərgin, genişmiqyaslı iş fəaliyyətinizdə tükənməyən enerji və yeni nailiyyətlər arzulayırıq”.