Diaspor üzvləri Dövlət Komitəsinin sədrini təbrik edib

06.07.2022

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu təbrik edib.

Alyansın rəhbəri Elmar Məmmədovun adından ünvanlanan məktubda bildirilib ki, bu, ölkənin ali rəhbərliyinin Komitə sədrinə diaspor sahəsində dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə göstərdiyi yüksək etimadın göstəricisidir:

“Hörmətli Fuad müəllim!

Azərbaycan-Ukrana Beynəlxalq Alyansı və öz adımdan yüksək şəxsi keyfiyyətlərinizin birbaşa təsdiqi olan layiqli mükafat almağınız münasibətilə Sizi təbrik edirəm. Fəaliyyətiniz və səyləriniz respublika rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. Arzu edirəm ki, bu mükafat Sizə daim gələcək uğurlarınız üçün stimul olsun! Sizə və yaxınlarınıza möhkəm cansağlığı, sülh və firavanlıq arzulayıram!”