.

Orenburq vilayətinin hökuməti Dövlət Komitəsini təbrik edib

07.07.2022

Rusiya Federasiyası Orenburq vilayətinin hökuməti Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Vitse-qubernator, Orenburq vilayəti Hökuməti sədrinin daxili siyasət üzrə müavini – regional və informasiya siyasəti naziri İqor Suxarevin adından Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanıanan məktubda bildirilib ki, Azərbaycanın dövlət qurumunun çoxşaxəli fəaliyyəti xüsusi hörmətə, ehtirama və minnətdarlığa layiqdir: “Komitənin yaradılması ölkənizin ictimai-siyasi həyatında əlamətdar hadisə hesab olunur. Dünya azərbaycanlılarının tarixi vətənləri ilə əlaqələrinin gücləndirilməsi və inkişafı, onların mədəni və siyasi hüquqlarının müdafiəsi, milli kimliklərinin qorunub saxlanılması, eləcə də millətlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində misilsiz töhfələr bəxş edirsiniz.

Hörmətli Fuad Rauf oğlu! Sizi, həmkarlarınızı və dünya azərbaycanlılarını 20 illik yubiley münasibətilə təbrik edir, səmimi qəlbdən peşəkar fəaliyyətinizdə uğurlar, sülh, xeyirxahlıq və yeni nailiyyətlər arzulayıram”.