.

Mustafa Kabagöz: “Komitə yalnız Azərbaycan diasporunun deyil, xaricdəki bütün türklərin qurumudur”

07.07.2022

İsveçrədə fəaliyyət göstərən Sürix Türk Musiqi Cəmiyyəti Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Sürix Türk Musiqi Cəmiyyətinin direktoru Mustafa Kabagöz bildirib ki, Dövlət Komitəsinin bütün əməkdaşlarını təbrik edir və onlara uğurlar arzulayır: “Komitə yalnız Azərbaycan diasporunun deyil, xaricdəki bütün türklərin qurumudur. Biz bunu belə görürük. Güclü Azərbaycan – Güclü Türkiyə, Güclü Türkiyə - Güclü Azərbaycan deməkdir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

https://www.youtube.com/watch?v=Bi4D8Bd1gpw